Feministlərin 8 Mart aksiyasının iştirakçısı Aysel Ələkbərzadə özünü binadan atıb

Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanadan APA-ya bildirib ki, A. Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.

Qeyd edək ki, A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb.

Aysel Ələkbərzadə

Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.

ƏvvəlkiBirinci sinfə qəbula start verilir
NövbətiSabah güclü külək əsəcək