Fazil Mustafaya qarşı cinayətlə bağlı 4 nəfər tutulub

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı cinayətlə bağlı 4 nəfər tutulub, Bakının bir neçə istiqamətində polis postları quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. O deyib ki, Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bakının bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir.

Elşad Hacıyevin sözlərinə görə, deputat Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Əlavə məlumat veriləcək.

ƏvvəlkiDünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbirlər təşkil edilib
Növbəti“Qadın və uşaq hüquqlarının təbliği, zorakılığa qarşı mübarizə” layihəsi həyata keçirilib