Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbirlər təşkil edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 2 Aprel – Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar maarifləndirici görüşlər, seminarlar keçirilib, autizm sindromlu uşaqların ailələrinə səfərlər təşkil edilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə UADM-lərin əməkdaşları, tələbələr, mərkəzlərin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlar, o cümlədən autizm sindromlu uşaqlar və onların valideynləri iştirak ediblər.

Tədbirlərin keçirilməsində məqsəd autizm spektr pozuntusu olan şəxslərə kömək etmək və onlar üçün cəmiyyətdə bütün səviyyələrdə bərabər imkanların yaradılması, valideynlərin məlumatlandırılması, inklüziv təhsilə, sosial xidmətlərə çıxışın əlçatanlığına nail olmaqdır.

Tədbirlərdən ümumilikdə 300-ə yaxın iştirakçı bəhrələnib.

ƏvvəlkiAzərbaycan Ordusunun son əməliyyatlarda qazandığı uğurlar və şəxsi heyətin peşəkarlığı Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib
NövbətiFazil Mustafaya qarşı cinayətlə bağlı 4 nəfər tutulub