“Facebook” gələn ilin əvvəlində şəxsi kriptovalyutasını buraxacaq

Gələn ilin yanvarın ayından etibarən “Facebook” özünün “Libra” adlı kriptovalyutasını buraxacaq.

APA-Economics”in “Financial Times”a istinadən verdiyi məlumata görə, “Libra” kriptovalyutası məhdud sayda emissiya olunacaq. “Facebook” öz kriptovalyutasınının buraxılışı barədə ötən ilin iyun ayında elan etmişdi. İlkin olaraq bu kriptovalyutanın qlobal səviyyədə cari ilin I rübündə buraxılması gözlənilirdi.

“Libra”nın buraxılış tarixi, İsveçrə maliyyə bazarı orqanı tərəfindən onu ödəmə xidməti kimi təsdiq edilməsindən asılı olacaq ki, bu da yanvar ayının əvvəlində baş verə bilər. İlkin olaraq kriptovalyutanın məzənnəsi 1 ABŞ dollarına bərabər olacaq.

Əvvəlki“Euronews” Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonu ilə bağlı reportaj yayımlayıb
NövbətiMilli Qəhrəman Allahverdi Bağırovun zabit qızları atasının Ağdamdakı məzarını ziyarət etdi