Estoniya ötən ay avrozonada inflyasiya üzrə birinci yerdə qərarlaşıb

Estoniya inflyasiya səviyyəsinə görə avrozonada birinci yerdə qərarlaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Aİ-nin statistika agentliyi “Eurostat” yayıb.

Bildirilib ki, ötən ilin dekabrında inflyasiya səviyyəsinə görə birinci yeri Estoniya (12 faiz), ikinci yeri Litva (10,7 faiz) üçüncü yeri isə Latviya (7,7 faiz) tutub.

Qeyd olunub ki, Malta (2,6 faiz) və Portuqaliya (2,8 faiz) inflyasiya səviyyəsi 3 faizdən aşağı təşkil edən yeganə iki ölkə olub. Onları Finlandiya (3,2 faiz) və Avstriya (3,8 faiz) izləyib.

ƏvvəlkiPolşada “omikron” ştammına yoluxan 2 nəfər ölüb
NövbətiAMEA-nın “Yüksək Texlonogiyalar Parkı”nda diod və mikrosxem istehsal ediləcək