AMEA-nın “Yüksək Texlonogiyalar Parkı”nda diod və mikrosxem istehsal ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus “Yüksək Texnologiyalar Parkı” MMC-nin yeni rezidenti “BEYT” MMC LED lampa üçün diod və mikrosxem istehsal edəcək.

Bu barədə “Report”a Parkdan bildirilib.

Məlumatda deyilir ki, Azərbaycanda LED lampaların istehsalı qurulsa da, diod və mikrosxemlər əsasən xarici ölkələrdən idxal olunur. Layihənin həyata keçirilməsi ilə sənaye və məişətdə geniş istifadə olunan LED lampaların istehsalı daha da artacaq. Müəssisədə 30 nəfərin işlə təmin ediləcəyi gözlənilir. Bundan əlavə, istehsal prosesi tam avtomatlaşdırılmış şəkildə – qurulacaq 3 robot vasitəsilə həyata keçirələcək.

Qarabağda yaradılan “ağıllı şəhər” və “ağıllı kənd” lahiyələrində yalnız LED lampaların istifadəsinin planlandırılması, bu məhsullara olan marağın daha da artacağını proqnozlaşdırmağa əsas verir.

Layihənin ölkəmizdə icrası xaricə valyuta axının qarşısının alınması ilə yanaşı, LED lampaların maya dəyərinin də aşağı düşməsinə dəstək verəcəkdir. Həmçinin istehsal olunacaq yüksək keyfiyyətli diod və mikrosxemlərin daxili bazarda satışı ilə bərabər, həm də Gürcüstan, Rusiya və digər ölkələrə ixracı nəzərdə tutulur.

ƏvvəlkiEstoniya ötən ay avrozonada inflyasiya üzrə birinci yerdə qərarlaşıb
NövbətiDTX saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq edib