Ermənistan atəşkəs rejimini 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Cəbrayıl rayonunun işğal altında olan Nüzgar kəndi yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

ƏvvəlkiHeydər Əliyev Mərkəzindən ABŞ-a həmrəylik mesajı
NövbətiBeynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (14.04.2020)