Heydər Əliyev Mərkəzindən ABŞ-a həmrəylik mesajı

Aprelin 13-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Amerika Birləşmiş Ştatlarının bayrağı videoproyeksiya olunub.

AZƏRTAC xəbər verir ki, bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş olunub.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə və Böyük Britaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.

ƏvvəlkiAzərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti artırıldı
NövbətiErmənistan atəşkəs rejimini 23 dəfə pozub