Ermənilərə dəstək verən məşhur reper üzr istədi – “Mən belə bir post yazmamalıydım…”

Tanınmış Amerika reperi Cardi B Ermənistana verdiyi dəstəkdən imtina edib. “The Guardian” qəzeti yazır ki, WAP adlı mahnısı sentyabr ayında Britaniya musiqi reytinqində ən yüksək pillədə olan reper indi özünü Ermənistan və Azərbaycan arasında gedən müharibədən çıxarmağa çalışır.

Əsl adı Belcalis Almánzar olan Cardi oktyabrın 6-da Instagramda 76 milyon izləyicisi üçün Ermənistana dəstək fondunun reklamını dərc etmişdi. Qəzet yazır ki, reperin bu hərəkəti azərbaycanlıların hiddətinə səbəb olub və onlar Cardiyə qarşı həştəq yaradıblar.

Bundan sonra Nyu Yorkda yaşayan müğənni çap etdiyi reklama görəüzrxahlıq edib. O deyib ki, bu reklamı milliyyətcə erməni olan daşınmaz əmlak agentinin xahişi ilə verib. Həmin agent reperə ev almaqda kömək etməliydi.

Cardi deyib ki, həmin ev dəllalı ona öz ölkəsində “xalqına qarşı soyqırım törədildiyini” söyləyib: “Mən də dedim ki, niyə də yox. Biz hamıya dəstək verməyə hazırıq. Sonra isə səhər yuxudan oyanıb görürəm ki, Azərbaycandan olan çox sayda insan mənə bəzi şeylər yazır. Mən bilmirdim ki, bu, iki ölkə arasında müharibə imiş”.

Almánzar oktyabrın 7-də yazıb ki, o dəstəyini geri götürəndən sonra, indi onu ermənilər tənqid edirlər. Reper bu barədə deyib: “Mən belə bir post yazmamalıydım. Mən bu məsələ barədə yaxşıca araşdırma aparmalıydım Mən yalnız sülh istəyirəm. Mən sülhü sevirəm. Mən istəyirəm ki, hamı bir-birilə yola getsin. Mən adamlarıölməsini istəmirəm. Məüzr istəmişəm amma məni qısnamaqda davam edirlər

Əvvəlkiİranın Ali Rəhbərinin müşaviri: BMT-nin üzvü olaraq Ermənistanın işğal edilmiş əraziləri Azərbaycana qaytarmasını istəyirik
NövbətiErməni qadının kimliyi bəlli oldu