Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib

Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

Telefon danışığı zamanı, həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

ƏvvəlkiXerson şəhəri ələ keçirilib
NövbətiBakıda rəssam Fəridə Qarayevanın “Qarışıq gözəllik” adlı fərdi sərgisi açılıb