Dünyada koronavirusa yoluxanların sayı 220 mini ötdü

Dünyada koronavirus daşıyıcılarının sayı 220 199 nəfərə çatıb.

“Report” xəbər verir ki, dünyada ən çox yoluxma hadisəsi Çin (80 928), İtaliya (35 713), İran (17 361), İspaniya (14 769) və Almaniyada (12 327) qeydə alınıb.

Qeyd edək ki, infeksiya indiyədək 176 ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasından indiyədək ölənlərin sayı 8 982 nəfərdir. Sağalanların sayı isə 85 769 nəfərdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

ƏvvəlkiYAP-a dövlət büdcəsindən ayrılan vəsait açıqlandı
NövbətiAzərbaycan qlobal pandemiyaya qarşı çevik addımlar atan ölkələrdəndir