Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 32 milyon nəfəri ötüb

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 32 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, sentyabrın 22-da dünyada 276 min 575 nəfər koronavirus infeksiyasına yoluxub, 5 min 713 nəfər isə dünyasını dəyişib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 32 milyon 110 yoluxma və 978 min 985 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 23 milyon 556 min 281 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 464 min 844 xəstədən 62 min 225 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 7 milyon 119 min 713 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Hindistan tutur – 5 milyon 727 min 750 nəfər. Braziliyada 4 milyon 602 min 241 nəfər, Rusiyada 1 milyon 122 min 241 nəfər, Kolumbiyada isə 777 min 537 nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 206 min 67 nəfər. İlk beşliyə daxil olan Braziliyada 138 min 410, Hindistanda 91 min 163, Meksikada 74 min 348, Birləşmiş Krallıqda isə 41 min 862 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

ƏvvəlkiAtəşkəs rejimi 69 dəfə pozulub
NövbətiTürk Hava Yolları Ankara-Bakı-Ankara xüsusi uçuşlarına başlayır