Dünya çempionatında uğur qazanan Azərbaycan güləşçiləri Vətənə qayıdıb

Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvləri Vətənə dönüblər.

“Report” xəbər verir ki, güləşçilərimizi Heydər Əliyev Bakı Beynəlxalq hava limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, idmançıların valideynləri və mətbuat nümayəndələri qarşılayıblar.

Məsul yarışa böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında 9 güləşçiylə yollanan komandamız 4 medal qazanıb.

Həsrət Cəfərov (67 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) və Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.

ƏvvəlkiABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Özbəkistana 18,9 milyon dollar ayırıb
NövbətiBu gün Tokio paralimpiadasının açılış mərasimi keçiriləcək