Dövlət Turizm Agentliyi tabeliyində olan qoruqlarla bağlı elan verib

Dövlət Turizm Agentliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tabeliyində olan qoruqlarla bağlı elan verib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, elanda Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq və “Kiş” Tarix-Memarlıq qoruqlarının bu ilin dekabrın 31-i və gələn ilin yanvarın 1-i tarixlərinin qeyri-iş günü hesab olunması ilə əlaqədar yanvarın 2-dən etibarən ziyarətçiləri qəbul edəcəyi bildirilir.

ƏvvəlkiParlament seçkilərinə qatılmaq üçün müraciət edənlərin 1202-nin namizədliyi təsdiqlənib
NövbətiTibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında professor İsmayıl Məmmədovun 100 illik yubileyi keçirilib