Dövlət Departamenti: “Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatandır”

“Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh sazişi (Ermənistan və Azərbaycan arasında – Qeyd) əlçatandır”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

“Buna (Sülhə – Qeyd) nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik. Biz bu ölkələrlə birbaşa əlaqə saxlamışıq”-deyə, o bildirib.

Miller xatırladıb ki, ötən həftə Dövlət Departamentinin xüsusi nümayəndəsi Lui Bono bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə saxlayıb.

ƏvvəlkiLaçında evlər günəş enerjisi ilə təmin edilir
NövbətiErmənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter ələ keçirilib