“Doğma Yurda Qayıdış” İctimai Birliyi layihəyə start verdi

Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Doğma Yurda Qayıdış” İctimai Birliyi “Yeniyetmə və gənclər arasında tarixi zəfərimizin təbliği ilə bağlı maarifləndirici tədbirlərin təşkili” adlı layihəyə start verdi.

Təşkilat layihə çərçivəsində Ağdam, Ağcabədi və Bərdə rayonlarında, hər birində 50 nəfər olmaqla, 150 nəfər gənc və yeniyetmə üçün 44 günlük Vətən müharibəsində qazandığımız zəfərin təbliği ilə bağlı maarifləndirici tədbirlər keçirəcək. “Doğma Yurda Qayıdış” İctimai Birliyinin sədri S.Hətəmovun saytımıza verdiyi məlumata görə layihə çərçivəsində II Vətən müharibəsinə həsr olunmuş sənədli film nümayiş olunacaq.

ƏvvəlkiZakir Həsənov Türkiyənin Milli Müdafiə Universitetini ziyarət edib
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gəlib