DİM bugünkü imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün IV ixtisas qrupu (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə iyunun 3-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib.

Bu barədə Trend-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq. Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları DİM-in saytında yerləşdirilib.

ƏvvəlkiTBMM-yə yeni sədrin seçiləcəyi tarix açıqlandı
NövbətiAzərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək şəhid olmalarından iki il ötür