Dilçilik İnstitutunun “Qaynar xətt”i fəaliyyətini bərpa etdi

AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Qaynar xətt”inin fəaliyyəti bərpa olunub.

Bu barədə “Report”a İnstitutun Mətbuat xidmətindən məlumat verilib.

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən, pandemiya dövründə tətbiq edilən davamiyyət rejimi əməkdaşların tam olaraq işə gəlməyinə yol vermədiyi üçün “Qaynar xətt”in aktiv işləməsi mümkün olmayıb. Vurğulanıb ki, pandemiya şərtlərinin yumşaldılması ilə paralel olaraq, xəttin işi artıq bərpa edilib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, “Qaynar xətt”in rəhbəri dosent Elçin İsmayılovdur.

İnstitut “Qaynar xətt”ə müraciət etmək istəyənlər üçün xəttin nömrəsini bir daha xatırladıb: 0125380637

ƏvvəlkiAzərbaycan sahibkarlarının Qarabağla bağlı planları məlum olub
NövbətiBakıda daha bir yol kəsişməsində işıqfor quraşdırıldı