Ötən il Energetika Nazirliyinin “Çağrı Mərkəzi” 5 200-ə yaxın zəng qəbul edib

2023-cü ildə Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 5 199 zəng qəbul edilib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, daxil olan zənglərin 4 580-i elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 320-i təşəkkür xarakterli, 299-u isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. “Çağrı Mərkəzi”nin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilərlər.

ƏvvəlkiPrezident seçkiləri ilə bağlı 18 universitet tələbəsinə maarifləndirici seminarlar keçirilib
NövbətiBakıda sexdəki partlayışda 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb, cinayət işi açılıb