Dekabrın 10-da Azərbaycanda COVID-19 əleyhinə 468 doza vaksin vurulub

Dekabrın 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 468 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 217, ikinci doza vaksinlərin sayı 35, üç və daha çox doza vaksinlərin sayı 183, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 33-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 925 min 702, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 393 min 877, ikinci mərhələ üzrə 4 milyon 874 min 674, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 392 min 945, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 206-dır.

ƏvvəlkiQuba və Şabranın yanğına məruz qalmış meşə fondu bərpa olunur
NövbətiAzərbaycanda daha 53 nəfər COVID-19-a yoluxub