Dehlidə boya fabrikində yanğın nəticəsində 11 nəfər həlak olub

Hindistanın paytaxtı Dehlidə boya fabrikində baş verən güclü yanğın nəticəsində azı 11 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.

AZƏRTAC Deutsche Presse-Agentur (DPA) agentliyinə istinadla xəbər verir ki, yanğın axşam saatlarında fabrikin birinci mərtəbəsində hələlik bəlli olmayan səbəblərdən baş verib.

Yuxarı mərtəbələrdəki insanların binanı tərk etmək imkanı olmadığı üçün ölənlərin sayının artacağı istisna edilmir. Yanğınsöndürənlər alovu bir neçə saatdan sonra nəzarət altına ala biliblər.

Hindistanda bina yanğınları bir çox halda təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verir.

ƏvvəlkiAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub
NövbətiAleksey Navalnı həbsxanada ölüb