Aleksey Navalnı həbsxanada ölüb

Kremlin tənqidçisi, tanınmış müxalifətçi Aleksey Navalnı həbsxanada vəfat edib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Yamal-Nenets Muxtar Vilayətinin Penitensiar Xidmətinin məlumatına əsasən, 2024-cü il fevralın 16-da 3 saylı cəzaçəkmə koloniyasında məhkum A.A.Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib.

“Təcili tibbi yardım briqadası reanimasiya tədbirləri həyata keçirsə də, bu, müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər”, – deyə məlumatda bildirilir.

ƏvvəlkiDehlidə boya fabrikində yanğın nəticəsində 11 nəfər həlak olub
NövbətiAzərbaycanın Baş naziri Əli Əsədov ilə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov arasında telefon danışığı olub