Daha bir təxliyə avtobusu Türkiyədən Azərbaycana yola düşüb

Bu gün axşam saatlarında (təqribən 18:00) Türkiyənin zəlzələ bölgəsindən sonuncu təxliyə avtobusu Azərbaycana yola düşüb.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

Onun sözlərinə görə, Adana Avtovağzalından yola düşən sonuncu təxliyə avtobusundakı həmvətənlərimizin konkret sayı barədə əlavə məlumat veriləcək.

ƏvvəlkiX Qlobal Bakı Forumunun ikinci günündə dörd panel iclasında müzakirələr aparılıb
NövbətiAzərbaycan idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb