Azərbaycan idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

“Report”un məlumatına görə, idmançı Avropa çempionatında ikinci yeri tutmaqla buna nail olub.

O, Estoniyanın paytaxtı Tallində keçirilən qitə çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın gümüş medalını əldə edib.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Paris Olimpiadasına əldə etdikləri ilk rəsmi lisenziyadır.

Oyunlar 2024-cü il 26 iyul – 11 avqust tarixləri aralığında keçiriləcək.

ƏvvəlkiDaha bir təxliyə avtobusu Türkiyədən Azərbaycana yola düşüb
NövbətiStrasburqda Novruz bayramı muğam konserti və xeyriyyə aksiyası ilə qeyd olunacaq