Dağıstanda Xəzər sahilində 700-dək suiti leşi aşkarlanıb

Xəzər dənizinin Dağıstan Respublikası ərazisindəki sahilində 700 suiti leşi aşkar olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal Balıqçılıq Agentliyi məlumat yayıb.

Bildirilib ki, Mahaçqala şəhərinin Kirov rayonu ərazisində Xəzər sahilində 700-ə qədər suiti leşi aşkar edilib. Mütəxəssislər məhv olmuş suitilərin sayının arta biləcəyini ehtimal edirlər.

Dəniz heyvanlarının hansı səbəbdən məhv olduğunu müəyyən etmək üçün hazırda laboratoriya tədqiqatları aparılır.

ƏvvəlkiDekabrın 3-də Azərbaycanda COVID-19 əleyhinə 544 doza vaksin vurulub
NövbətiAzərbaycan XİN İrana nota verib