Dərman vasitələrinin qeydiyyata alınması Qaydalarına dəyişiklik edilib

Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydalarına dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı, o cümlədən yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı üçün 150 manat rüsum müəyyən edilib.

Dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün 100 manat rüsum, dərman vasitələrinin və maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün isə 50 manat rüsum ödənilməlidir.

ƏvvəlkiHərbi jurnalist Rəşad Süleymanovun xatirəsinə həsr olunan tədbir keçirilib
NövbətiCəlilabadda zəncirvari yol qəzası olub, xəsarət alanlar var