Tarif Şurasının iclasında 95 dərman vasitəsinin qiyməti təsdiqlənib

Mayın 3-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.

Tarif (qiymət) Şurasının Katibliyindən AZƏRTAC-a bildirilib ki, iclasda yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiqlənib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 47 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər olunub.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

ƏvvəlkiPrezident İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirak edib
NövbətiPrezident İlham Əliyev: Ərazi bütövlüyü məsələsində Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var