“Dəniz təməl komando kursu” keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində “Dəniz təməl komando kursu” keçirilir.

Plana uyğun olaraq hərbi qulluqçulara mühəndis-istehkam  hazırlığı üzrə partlayıcı qurğuların xüsusiyyətləri, həmçinin onlardan istifadə qaydaları nəzəri və praktiki şəkildə öyrədilir.

Bundan başqa, kurs müddətində iştirakçılarla hərbi topoqrafiya, dağçılıq, atəş hazırlığı, fiziki hazırlıq və digər fənlər üzrə məşğələlər keçirilir.

“Dəniz təməl komando kursu”nu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim ediləcək.

ƏvvəlkiUNEC-də “İnsan resursları mütəxəssisi” kursuna qeydiyyat başlanıb
NövbətiPrezident İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib