Çörək almağa gedən 4 yaşlı uşaq itkin düşdü

Rinat Hüseynov çörək almağa gedib və geri qayıtmayıb. Bakıda Həzi Aslanov metrosu yaxınlığında 4 yaşlı uşaq itkin düşüb. Hadisə dünən axşam saat 17:00 radələrində baş verib. Belə ki, Rinat Hüseynov adlı azyaşlı çörək almağa gedib və geri qayıtmayıb. Uşağı görənlərdən bu (077343 41 63) nömrə ilə əlaqə saxlamaq xahiş edilir.

(open.az)