Azyaşlıların ölümü ilə bağlı cinayət işi başlanıb

Xəbər verildiyi kimi mayın 17-si paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplanmış ilkin sübutlar əsasında fakta görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisənin baş vermə halı və şəraitinin eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

ƏvvəlkiPrezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib
NövbətiAzərbaycanın Beynəlxalq Valyuta Fonduna ehtiyacı yoxdur