Çinin “uçan avtomobilləri” Dubay səmasında sınaqdan keçirilib

Çinin elektrik avtomobilləri üzrə ixtisaslaşmış “Xpeng Inc” kompaniyasının istehsalı olan “uçan avtomobillər” Dubay səmasında sınaqdan keçirilib.

AZƏRTAC xəbər verir ki, Dubay sakinləri ikinəfərlik salonu ən modern avtomobillərə uyğun dizayn edilmiş və helikopter pərləri ilə təchiz olunmuş bu nəqliyyat vasitələri ilə göydələnlərin ətrafında uçuşlar həyata keçiriblər.

Cəmi 90 dəqiqə davam edən uçuşlardan sonra jurnalistlərə müsahibə verən “Xpeng Inc” kompaniyasının baş meneceri Minquan Qui bildirib ki, “uçan avtomobillər” tıxac problemi olan meqapolislər üçün ən mühüm nəqliyyat vasitəsi olacaq. Onun sözlərinə görə, ilk sınaq uçuşlarının Dubayda keçirilməsinin səbəbi bu şəhərin müasir texnologiyaların tətbiqi sahəsində qabaqcıl rol oynamasıdır.

ƏvvəlkiDoğma Yurda Qayıdış İctimai Birliyi Ağdam Dövlət Sosial-İqtisad Kollecində tələbələrlə görüş keçirdi
NövbətiAstanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilir