Çində zavodda partlayış baş verib

Çinin Hebey vilayətində polietilen istehsalı zavodunda baş verən partlayış nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə regional partiya komitəsinin təbliğat şöbəsi bildirib.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 18:00-da Utszi qəzasında yerləşən sənaye obyektində baş verib.

Xəsarət alan şəxs artıq xəstəxanaya yerləşdirilib, həkimlər ona lazımi tibbi yardımı göstəriblər.

Yanğınsöndürənlər partlayış səbəbindən baş verən yanğını operativ şəkildə aradan qaldıraraq yanğının ətraf əraziyə yayılmasının qarşısını alıblar.

ƏvvəlkiTeledərslərin noyabrın 13-nə olan cədvəli
NövbətiErmənistan Müdafiə Nazirliyinin sözçüsü istefa verib