Çexiyanın Baş naziri Azərbaycana səfərə gəlib

Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Çex Respublikasının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar.

ƏvvəlkiDünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazanıb
Növbəti“EFES – 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər