Çexiyada quş qripi yayılıb

Çexiyada yüksək patogenli quş qripi yayılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, virus Bohemiyanın Pribram şəhəri yaxınlığındakı kəndlərdən birində beş ev qazında aşkarlanıb.

Çexiya Kənd Təsərrüfatı Nazirliyi əvvəllər bu kənddə (Trxov-Dusniki) quş qripinin yayılması barədə məlumat vermişdi.

Qeyd edək ki, bu, Çexiyada 2021-ci ildə quş qripinin aşkarlandığı 39-cu hadisədir. Xəstəliklə əlaqədar son səkkiz ay ərzində respublikada 250 minə yaxın quş kəsilib.

ƏvvəlkiAzərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb