Bu yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Zığ dairəsinin yaxınlığında yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar dekabrın 16-da saat 22:00-dan etibarən səhər saatlarınadək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Əvvəlkiİtaliyanın Soverato şəhərində Şuşa ilə bağlı kitabın təqdimatı olub
NövbətiAzərbaycan QHT Agentliyi təbii resurslarımızın qanunsuz istismarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb