Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödəniləcək

Fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, bu ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı fevral ayının pensiyası ilə birgə ödəniləcək. Bundan başqa 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardım rüblər üzrə bölünəcək və yardımın ilk 50 manatı da fevral ayınının pensiyasının üzərinə əlavə olunacaq.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

ƏvvəlkiTarix Muzeyində XVI-XIX əsrlərə aid 300-dən çox soyuq və odlu silah nümunələri qorunur
Növbətiİnzibati icraçı vəzifələr üzrə test imtahanında 1700 namizədin iştirak edəcəyi gözlənilir