Bu gün peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 441 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 763, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 678 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 106 934, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 929 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 177 277 təşkil edir.

ƏvvəlkiAzərbaycanda daha 1 448 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb
NövbətiEnergetika naziri “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Foruma qatılıb