Bu gün Keşlə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq

Bu gün ərzində Nizami rayonunun Keşlə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Azərsu” ASC yayıb.

Məlumata görə, suyun verilişində məhdudiyyətlər olmasına səbəb Bakı şəhəri Keşlə qəsəbəsi ərazisindən keçən dəmir yollarında aparılan yenidənqurma işləri çərçivəsində içməli su xətlərinin yerinin dəyişdirilməsidir.

Qeyd edilib ki, yaranmış narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.

ƏvvəlkiEksternat imtahanlarına sənəd qəbulu sabah başa çatır
NövbətiBakıda müşahidə olunan qatı dumanın səbəbləri açıqlanıb