Biləsuvarın mərkəzi və 3 kəndinə içməli suyun verilişi bərpa olunub

Biləsuvar rayonunun mərkəzinə və 3 kəndinə içməli suyun verilişi bərpa olunub.

Bu barədə “Report”un yerli bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, ötən gün Biləsuvar şəhərində 5 200, Zəhmətabad, Bəydili və Xırmandalı kəndlərində isə 900 abonent olmaqla ümumilikdə 6 100 abonenti içməli su ilə təmin edən mərkəzi anbarda gigiyenik qaydalara uyğun olaraq təmizlik və dezinfeksiya işləri aparılıb.

Bu səbəbdən aparılan təmizlik işlərlə əlaqədar olaraq ötən gün axşamdan içməli suyun verilişində fasilə yaranıb.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyəyə işgüzar səfərə gəliblər
NövbətiƏrdoğan səlahiyyətlərinin icrasına başlama mərasiminin iştirakçılarının şərəfinə şam yeməyi verib