Bu gün COVID-19 əleyhinə 68 min dozaya yaxın peyvənd vurulub

Sentyabrın 29-da Azərbaycanda 67 min 977 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 min 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 min 394 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 485 min 952, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 745 min 715, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 740 min 237 nəfər təşkil edir.

 

 

Əvvəlki“Champions Chess Tour”: Teymur Rəcəbov Levon Aronyanı məğlub edib
NövbətiSon sutkada Azərbaycanda koronavirus infeksiyasından 2062 nəfər sağalıb