Bu gün COVID-19 əleyhinə 62 min dozadan çox peyvənd vurulub

Sentyabrın 23-də Azərbaycanda 62 min 588 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 min 72 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 169 min 473, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 668 min 637, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 500 min 836 nəfər təşkil edir.

ƏvvəlkiŞəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxılıb
Növbəti132 məktəbin V siniflərində pilot olaraq təbiət fənni tədris ediləcək