Bu gün COVID-19 əleyhinə 49 min dozadan çox peyvənd vurulub

Oktyabrın 28-də Azərbaycanda 49 min 294 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 min 859, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 435 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 518 min 912, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 154 min 936, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 363 min 976 nəfər təşkil edir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2420 yoluxma faktı qeydə alınıb
NövbətiVətən müharibəsinin Lerik rayonundan olan 47 şəhidinin xatirəsi dərin ehtiramla yad edilib