Bu gün COVID-19 əleyhinə 30 min dozadan çox peyvənd vurulub

Dekabrın 21-də Azərbaycanda 30 min 365 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 758 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 985 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 22 min 622 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 97 min 316, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 144 min 676, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 645 min 903 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 306 min 737 nəfər təşkil edir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 662 yoluxma faktı qeydə alınıb
NövbətiAvropada qazın qiyməti tarixi rekord vurub