Bu gün bu yollarda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Məmməd Araz və Nəsib bəy Yusifbəyli küçələrində avqustun 8-də saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Türk.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
ƏvvəlkiXüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgəsi təşkil edilib
NövbətiAzərbaycan Bolqarıstana etiraz notası verib