Bu gün Azərbaycanda koronavirusa qarşı 26 mindən çox vaksin vurulub

Noyabrın 28-də Azərbaycanda 26 min 530 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində 3011 nəfər birinci, 4406 nəfər ikinci mərhələ üzrə, 19113 nəfər isə “buster” doza ilə peyvənd edilib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 486 min 650, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 74 min 275, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 559 min 863 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 852 min 512 nəfər təşkil edir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1662 yoluxma qeydə alınıb
NövbətiAzərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-1” telekanalına müsahibəsi