Bu gün Azərbaycanda COVID-19-a 97 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 97 yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 829 min 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 117 nəfər müalicə olunaraq sağalıb, 10 min 178 nəfər vəfat edib. Aktiv xəstə sayı 296 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1432, bu günə qədər isə ümumilikdə 7 milyon 556 min 844 test icra olunub.

ƏvvəlkiBakıda ticarət dövriyyəsinin həcmi açıqlanıb
NövbətiBMT Azərbaycanın Su konfransındakı təşəbbüsünü yüksək qiymətləndirib