Bu gün Azərbaycanda COVID-19 əleyhinə 43 min dozadan çox peyvənd vurulub

Fevralın 13-də Azərbaycanda 43 min 929 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 894, ikinci mərhələ üzrə 1761, “buster” doza ilə peyvənd olunanların sayı isə 39 min 274 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 478 min 257, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 267 min 458, ikinci mərhələ üzrə 4 milyon 764 min 254, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 446 min 545-dir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6841 yoluxma faktı qeydə alınıb
NövbətiAzərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib