Bu gün Azərbaycanda COVID-19 əleyhinə 32 min dozadan çox peyvənd vurulub

Fevralın 6-da Azərbaycanda 32 min 276 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2457, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1632, “buster” doza ilə peyvənd olunanların sayı isə 28 min 187 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 218 min 555, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 248 min 382, ikinci mərhələ üzrə 4 milyon 752 min 395, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 217 min 781-dir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 7 mindən çox yoluxma faktı qeydə alınıb
NövbətiUşangi Kokauri cüdo üzrə “Böyük dəbilqə” turnirində ikinci yeri tutub