Bu gün Azərbaycanda COVID-19 əleyhinə 31 min dozadan çox peyvənd vurulub

Oktyabrın 15-də Azərbaycanda 31 min 417 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 min 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 min 71 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 138 min 351, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 942 min 3, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 196 min 348 nəfər təşkil edir.

 

 

ƏvvəlkiMüdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
NövbətiSon sutkada Azərbaycanda koronavirus infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb