Bu gün Azərbaycanda COVID-19 əleyhinə 30 min dozadan çox peyvənd vurulub

Fevralın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 30 min 509 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 2026, ikinci doza üzrə 1667, üç və daha çox doza vaksinlərin sayı 25 min 274, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 1542-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 957 min 147, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 297 min 76, ikinci mərhələ üzrə 4 milyon 783 min 478, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 673 min 818, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 202 min 775-dür.

Əvvəlki“Orel i reşka” proqramı “Pyatnisa” kanalında daha yayımlanmayacaq
NövbətiPrezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib